|
Article on other languages:
|
Ailə sözü, aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir.
AiləBir Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü, qərbi millətlərdə əksəriyyətlə ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan ya da eyni əsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. Sözün mənşəiAilə sözünün əsli ərəbcədən gələn عائلة (= A’ilə) sözündən gəlir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündən gelir. Bir birlərinə dayanan, itimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər. Ailənin vəzifələriAilənin biologiya və sosiologiya elmləri barəsində çox mühüm vəzifələri vardır: ‘İnsan’ növünün özünü yenidən hasil etməsi üçün ailə müəssisəsinə ehtiyacının olması ixtilaflıdır. Ancaq bir ailənin təşəkkül olması üçün biologiya baxımından qadının məhsuldarlığı və kişinin döllənmə gücünün olması lazımdır. Evli bir qadın-kişi cütünün uşaqları olmayanda əcnəbi bir uşağını övladlığa götürməsi bunun istisnasıdır. Ailənin xüsusiyyətləri neçə nəsillərin bir yerdə yaşadığına görə de fərqlənir. Ona görə çox nəsilli ev həyatı ya çox nəsilli ailədən söz gedir. Özünü yenidən hasil etmək, nəsillərin həyat verərək saxlanması vəzifəsi üçündür. Bu barədə ailənin bağları bir cəmiyyətinin saxlanması və çoxalması üçün çox mühümdür. Müasir cəmiyyətlərdə ailənin siyasi, dini, iqtisadi və təlimlə əlaqəli vəzifələr qismən başqa ictimai müəssisələrə (m.ü. dövlət hakimiyyətləri, sığorta müəssisələri, təhsil müəssisələri, idman cəmiyyətləri kimi) aparılar və ailənin gündəliyində əhəmiyyətini itirər. Terminologiyaİnsanlarda görülən müxtəlif ailə şəkilləri vardır. Bunlardan atanın sözünün keçdiyi ailələrə pədərşah ailə, ananın sözünün keçdiyi ailələrə də madərşah ailə deyilər. |
This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.