|
Article in other languages:
|
3 dekabr — ilin 337-ci günü (uzun illərdə 338-ci). İlin sonuna 28 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1586 — Amerikadan ilk dəfə Avropaya kartof gətirilmişdir.
- 1609 — Qaliley teleskopu kəşf etmişdir.
- 1775 — ABŞ-ın ilk bayrağı qəbul olunmuşdur.
- 1910 — Paris Avto Salonunda mühəndis Jorj Klod ixtira etdiyi neon lampasını təqdim etmişdir.
- 1912 — Türkiyə, Bolqarıstan, Serbiya və Çernoqoriya arasında sülh sazişi imzalanmış, I Balkan müharibəsi başa çatmışdır.
- 1966 — "Naməlum əsgər"in cənazəsinin qalıqları Kreml divarları yanında dəfn edilmişdir.
- 1967 — Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılmışdır. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürmüşdür.
- 1971 — Pakistan-Hindistan müharibəsi başlamışdır.
- 1973 — YUPİTER-10 ilk dəfə Yerə Yupiterin tam həcmli şəkillərini göndərmişdir.
- 1984 — Hindistanda kimya zavodunda qəza nəticəsində 18.000 nəfər həlak olmuşdur.
- 1996 — ATƏT-in Lissabon zirvə görüşü başa çatmışdır.
- 2006 — Venesuelada prezident seçkilərində polkovnik Uqo Çaves qalib gəlmişdir.
Azərbaycanda olan hadisələr
- 1930 — Azərbaycan Komsomolunun (LKGİ) 29 noyabrda başlayan 9-cu qurultayı başa çatmışdır.
- 1994 — "Gürcüstan və Azərbaycan dostluq evi" İctimai İttifaqı təsis olunmuşdur.
- 1988 — Azərbaycan SSR-də mövcud olan hərbi hakimiyyət Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri vermişdir. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaltmış, mitinq iştirakçılarını həbs etmişlər.
Doğumlar
Ölümlər
Bayramlar və xüsusi günlər
- Beynəlxalq Əlillər Günü[1]
İstinadlar
- ↑ BMT Baş Məclisinin 14 oktyabr 1992 tarixli, 47/93 nömrəli Qətnaməsi
Questions for article:
|